Hərbçimiz Ermənistanı qarışdırdı – Sərhəddə nə baş verdiyi dövlət sirri elan olundu
Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsi ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti hərbçinin sərhədi haradan və nə vaxt keçdiyini, həmin ərazinin hansı qurumun nəzarətində olduğunu açıqlamaqdan imtina edib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Nəsimi Musayevin ölkə ərazisinə keçməsi ilə bağlı konkret suallar ünvanlanıb.
Qurumdan Azərbaycan hərbçisinin Ermənistan ərazisinə hansı istiqamətdən və saat neçədə keçdiyini, eləcə də həmin sərhəd sahəsinin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının, yoxsa Müdafiə Nazirliyinin nəzarətində olduğunu açıqlamaq tələb edilib.
Lakin Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu suallara konkret cavab verməyib.
Qurumun açıqlamasında bildirilib ki, məsələ ilə əlaqədar Ermənistanın İstintaq Komitəsində cinayət işi başlanıb və göstərilən suallarla bağlı məlumatların təqdim edilməsi Milli Təhlükəsizlik Xidmətinin səlahiyyətləri xaricindədir.
Bununla yanaşı, qurum sərhədin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məlumatların dövlət sirri hesab edildiyini vurğulayıb.
Rəsmi cavabda qeyd olunub: “Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-kəşfiyyat, əməliyyat-axtarış tədbirləri və onların nəticələri, istifadə olunan vasitələr, mənbələr, metodlar və planlar haqqında məlumatlar ‘Dövlət sirri haqqında’ və ‘Əməliyyat-axtarış fəaliyyəti haqqında’ qanunlara, həmçinin hökumətin 11 yanvar 2024-cü il tarixli qərarına əsasən dövlət sirri hesab olunur”.
Bildirilib ki, həmin məlumatlar müvafiq məxfilik dərəcələrinə malikdir və “İnformasiya azadlığı haqqında” qanuna əsasən açıqlana bilməz.
ƏLAQƏLİ
Müxalifətə qarşı əməliyyatda Qarabağ qalmaqalı – Erməni kəşfiyyatı yanlış ünvana getdi
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Nəsimi Musayevin sərhədi keçdiyi konkret ərazini, hadisənin başvermə vaxtını və həmin istiqamətə hansı hərbi qurumun cavabdeh olduğunu açıqlamayıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər