Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı
Ukrayna Prezidenti Vladimir Zelenski islahatlara davam edir.
Yeni dövlət başçısı 11 səfiri işdən uzaqlaşdırıb.
Bunların arasında Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Valeri Çalıy da var.
Bundan başqa, Mərakeş, Argentina, Paraqvay, Uruqvay, Çili, Ermənistan, İordaniya, CAR, Türkmənistan, Kipr, Vyetnam, Kamboca və bir sıra Afrika ölkələrindəki nümayəndələr də geri çağrılıb.
Sonuncu prezident seçkilərində qələbə qazandıqdan sonra ölkədə kəskin islahatlar keçirən V.Zelenski ilk olaraq Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəisini işdən azad etmişdi. Bundan başqa, Yüksək Rada bir neçə dəfə Xarici İşlər naziri Pavel Klimkinin azad olunması ilə bağlı təklifi səs çoxluğu ilə rədd edib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək