Zelenski Müdafiə nazirini itələdi - Video
Dünən Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilər üçün eksperiment modullarına baxış keçirən zaman Müdafiə naziri Stepan Poltorakı itələyib.
“Qafqazinfo”nun “Obozrevatel” nəşrinə istinadən verdiyi xəbərə görə, Ukrayna lideri ilk öncə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ruslan Xomçak, Prezident ofisi rəhbərinin müavini Ruslan Ryaboşapka və adı açıqlanmayan daha bir kişi ilə söhbət edib.
Daha sonra o, anidən Müdafiə nazirini kobud şəkildə itələyib.
Dövlət başçısının bu davranışının hansı səbəbdən qaynaqlandığı barədə məlumat yoxdur.
Zelenskinin nazirə qarşı sərt rəftarının əks olunduğu görüntülər KİV və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onu bu hərəkətinə görə dəstəkləyənlər olsa da, tənqid edənlər çoxluq təşkil edib.
Ruslan Ryaboşapka iddia edib ki, Zelenski Poltorakı itələməyib, sadəcə digər tərəfə keçməsini xahiş edib.
https://youtu.be/sP1ELMAjKT4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər