Під час робочої поїздки до Одеси Президент України Володимир Зеленський зі словами «Ви нас тут всіх і мене за ідіотів маєте?» змусив написати заяву про звільнення виконуючого обов’язки Голови Державної Фіскальної Служби Олександра Власова.
Zelenski daha bir məmuru işdən qovdu: Sən məni axmaq hesab edirsən? - VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski daha bir məmuru işdən qovub.
“RİA Novosti” xəbər verir ki, V.Zelenski Ukrayna Dövlət Maliyyə Xidmətlərinin (DMX) rəis əvəzi Aleksandr Vlasova istefa ərizəsi yazmağı tapşırıb.
Odessa limanında keçirilən bir toplantıda prezident A.Vlasovdan bir neçə gömrük məmurunu işdən qovması tələbinin yerinə yetirilib-yetirilmədiyini soruşub. Onun sözlərinə görə, DMX rəis əvəzi sözügedən məmurları işdən qovacağına söz verib və bu barədə “Facebook”da yazıb.
Lakin V.Zelenski əlində olan sənədlərə əsasən öyrənib ki, həmin gömrükçülər işdən qovulmaq əvəzinə məzuniyyətə göndəriliblər. A.Vlasov onların həqiqətən qovulduğunu söyləsə də, bu, prezidenti qane etməyib.
DMX rəisinə “Sən məni axmaq hesab edirsən?” deyən prezident onun özünün işdən azad olunmasını tapşırıb.(oxu.az)
Qeyd edək ki, V.Zelenski bir neçə gün əvvəl Barispolda yerli Şəhər Şurasının katibi Yaroslav Qodunoku yığıncaqdan qovmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
