Zelenski beş ayda 22 nəfəri əfv edib
Ukrayna Prezidenti Vladimir Zelenski vəzifəyə başladığı may ayından etibarən 22 məhbusu əfv edib.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə prezidentin ofisindən məlumat verilib.
Bildirilib ki, aradan keçən beş ay ərzində əfv olunanların beşi qadın, 17-si isə kişidir.
Ancaq prezidentin ofisi əfv olunanlar arasında əcnəbilərin və mübadilə çərçivəsində əfv olunan vətəndaşların sayı ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, sentyabrın 7-də Rusiya və Ukrayna 35 məhkum və saxlanılan vətəndaşın sərbəst buraxılması ilə bağlı razılığa gəlmişdilər.
Rusiya tərəfdən azad edilənlər arasında terror aktı hazırlamaqda ittiham olunan Oleq Sentsov və Rusiya sərhədini pozan 24 Ukrayna əsgəri də var. Bu gün məhkəmə qərarı ilə sərbəst buraxılan “RİA Novosti” portalının rəhbəri Kirill Vışinski də Rusiyaya yola düşüb.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyalı boksçu başından aldığı zərbəyə görə öldü — VİDEO
İsveçdə irqçi çıxışlar - Azərbaycanlılar üçün təhlükə
20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - FOTO
Saakaşvili xüsusi təyinatlı dəstə tərəfindən Ukraynadan çıxarılıb - VİDEO
Köpək balığı gənc oğlanı cinsi orqanından dişlədi – VİDEO
Rusiyada “S-400” istehsal edən zavod sahibi həbs olundu