Azərbaycan teleməkanından verilişlərdə aparıcılıq edən hər iki Zaur tez-tez tənqid hədəfinə tuş gəlirlər.

Minval.info xəbər verir ki, bu dəfə Kamaldan sonra Baxşəliyev “fərqlənməyi” bacara bilib. O, efirə hamam xalatı ilə çıxıb.

Belə ki, studiya ev şəraiti dizaynında qurulduğundan aparıcı guya vanna otağından çıxıb və qazın bitdiyini deyib. Zaurun həyat yoldaşı isə onun fotosunu çəkərək “İnstagram”da paylaşacağını söyləyib.

Baxşəliyev isə “ayıbdır e” deyərək tamaşaçıları ələ salıb. Çünki ayıb bilən şəxs, efirə təbii ki, hamam xalatı ilə çıxmaz. Əgər TV-də bu geyimdə aparıcılıq edirsə, o zaman “ayıbdır” sözü şübhəsiz tamaşaçıya ünvanlanıb.

Minval.info