“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə Sədaqət” layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə “Dreamland Baku’’da görüş təşkil edilib.
Görüş zamanı əvvəlcə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya”nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər.
Birliyin sədri Sevinc Alızadə və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş tələbə adını qazanan şəhid övladlarını təbrik edərək, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.
Sonra iştirakçılar “Dreamland Baku’’da qolf oynayaraq əyləncəli vaxt keçiriblər.
Sonda iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya”nın birgə həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 148 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 35 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir

