30.03.2022 - 15:22
Ordu 133 baxış

Zakir Həsənov britaniyalı naziri sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippini Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb.

Bu barədə “Minval”a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, eyni zamanda, Qarabağ iqtisadi zonasında və Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, martın 30-da Z.Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü C.Hippinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: