Yunanıstanla Şimali Makedoniya qarşılıqlı səfirlik açacaqlar

Yunanıstan və Şimali Makedoniya diplomatik münasibətləri gücləndirmək məqsədilə qarşılıqlı səfirliklər təsis edəcəklər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Aleksis Tsipras Skopye şəhərində şimali makedoniyalı həmkarı ilə danışıqlardan sonra bildirib.
O, səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalandığını və müştərək tədbirlər planının təsdiqləndiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, A.Tsipras Yunanıstanın Şimali Makedoniyaya səfər edən ilk baş naziri kimi tarixə düşüb.
Xatırladaq ki, iki qonşu ölkə arasında soyuqluq ötən ilin iyun ayında Makedoniyanın (“Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası”) adının dəyişdirilərək Şimali Makedoniya adlandırılmasından sonra aradan qalxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır