Yunanıstan öz xəzinələrini "borc" almayacaq: Mitsotakisin açıqlaması
Yunanıstan Baş naziri Kiryakos Mitsotakis, Yunanıstan və Bolqarıstan arasında tarixi relikviyaların mübadiləsi zamanı Selanikdə çıxış edərək, Parfenon Heykəllərinə xüsusi diqqət çəkib. Mitsotakis, “Abidələr və tarixi əsərlər müharibə qənimətləri kimi və ya yaradılmalarından sonra baş verən hadisələrin qurbanları kimi qəbul edilə bilməz,” deyib.
Minval.info xəbər verir ki, Mitsotakis, “Parfenon Heykəllərinin birləşdirilməsi üçün davam edən səylərimizin təməlini məhz abidənin bütövlüyü prinsipi təşkil edir. Onlar keçmişdən gələn cansız obyektlər deyillər. Onlar doğulduqları təbii və mədəni mənzərə ilə canlı və kəsilməz əlaqənin sübutlarıdır,” ifadələrini əlavə edib.
Baş nazir, “Parfenon bənzərsiz və özünəməxsus bir hadisədir. Buna görə də, hüquqi və ya texniki məsələlərin dar çərçivəsində ‘həbs edilə’ bilməz. Bu, həqiqətən də qlobal bir abidənin estetik və semantik bütövlüyünün bərpası ilə bağlıdır,” deyə vurğulayıb.
İran dini lideri Müctəba Hamaney: Nüfus artışı milli təhlükəsizlik üçün vacibdir
Bolqarıstan Baş naziri Rumen Radev də tədbirdə çıxış edərək, “Birgə səylərimiz sayəsində keçmişin kölgələrini geridə qoymuşuq və qarşılıqlı hörmət və dostluq münasibətləri yaratmışıq,” deyə bildirib.
Yunanıstan və Bolqarıstan arasında imzalanmış anlaşma memorandumunun icrasını qeyd edən prosedur şənbə günü Selanikdə, Mitsotakis və Radev’in iştirakı ilə həyata keçirilib.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada regional qubernator korrupsiya ittihamı ilə həbs edildi
Qəzza Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri İsrail zərbəsində öldürüldü
İranda müğənni hicabsız çıxışına görə 74 şallaq cəzası alıb
Gənclərin çağırışaqədərki hazırlığına dair yeni qaydalar təsdiqləndi
Qəzzədə meningit təhlükəsi: 15 nəfər həyatını itirib
Donald Trampın təzyiqi ilə Nvidia rəhbəri yenidən vəzifəyə qaytarıldı