Yunanıstan koronavirusun köməyi ilə qaçqınlardan xilas oldu
Yunanıstan koronavirus pandemiyasının yaratdığı vəziyyətin köməyi ilə ərazisindəki qaçqınları Türkiyəyə göndərib.
Bu barədə “The Wall Street Journal” xəbər verir.
Yunanıstan polisinin COVID-19-la mübarizə bəhanəsi ilə qaçqınları Türkiyəyə qovduğu bildirilir. “Border Violence Observation Network” insan haqları təşkilatının məlumatına görə, mart ayının sonundan bu günə qədər azı 250 qaçqın Yunanıstandan çıxmaq məcburiyyətində qalıb. Bu siyahıda artıq sığınacaq üçün müraciət edənlər də yer alıb.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Türkiyəyə deportasiya olunan qaçqınların sayı göstəriləndən çoxdur. Eyni zamanda, Yunanıstan hökumətindəki səlahiyyətlilər məhkəmə qərarı olmadan deportasiya ilə bağlı bütün məlumatları təkzib edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi