“YouTube” vloqeri dostunu öldürüb dənizə atdı
Şimali Kiprdə gənc “YouTube” vloqeri dostunu dənizə ataraq öldürüb.
Arif Gökçək Girnə şəhərinə istirahətə gələn 25 yaşlı dostu Xəlil Qaraqız ilə dəniz sahilində görüşüb və mübahisə ediblər.
Sondakika.com-un xəbərinə görə, mübahisə uzananda sərxoş olan Arif dostu Xəlilin başına daşla vurub, sonra onu dənizə itələyib.
Daha sonra o, evə gedərək polisə Xəlilin ailəsi ilə mübahisə etdiyini, ona “Özünə yaxşı bax. Sən mənim ən yaxşı dostumsan”, – deyərək özünü qayalıqlardan atdığını bildirib.
Hadisənin səhəri günü tibbi ekspertiza zamanı Xəlilin başından bərk alətlə vurulduğu məlum olub və Arif şübhəli kimi nəzarətə götürülüb.
İstintaq zamanı hadisəni törətdiyini etiraf edən vloqer məhkəməyə qədər polis nəzarətində olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ