Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı
Rusiyanın Novqorod şəhərində azərbaycanlı yerdən pulqabı tapıb.
Oxu.Az-ın xəbərinə görə, pulqabının içərisində 1,5 min rubl (39.9 AZN) və bank kartları olub. Rza İ. 1000 rubldan (26.6 AZN) artıq mal alarsa, pin kodu bilməyə ehtiyac olmadığını bildiyi üçün fərqli mağazalardan 3.600 (95.76 AZN) rubldan çox alış-veriş edib.
Növbəti gün 41 yaşlı Rza yenə fərqli mağazalardan 2,6 min rubl (69.16 AZN) alış-veriş edəndən sonra bu hadisəni qeyd etmək üçün Novqorod kafelərindən birinə gedib, lakin oradan ac qayıdıb.
Çünki bu müddət ərzində kart sahibi kartı bloklayıb və polisə müraciət edib.
Məhkəmə prosesində bəlli olub ki, Rza istintaq prosesi zamanı kart sahibini tapıb, xərclədiyi pulu qaytarıb və ondan üzr istəyib.
Buna görə zərərçəkən hakimdən cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmə cinayətin orta ağır olduğunu, Rzanın daha əvvəl məhkum olunmadığını, vurduğu ziyanı ödədiyini və himayəsində iki uşağın olduğunu nəzərə alaraq tələbi qəbul edib.
Məhkəmə qərarına əsasən, Rza sərbəst buraxılıb, məhkəmə xərcləri isə federal büdcə hesabına ödənilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır