Yer kürəsinə bənzər yeni planet tapılıb
Beynəlxalq alimlər kollektivi “Kepler” kosmik teleskopunun məlumatlarını təhlil edərək, biri öz fiziki xarakteristikasına görə Yer kürəsinə olduqca bənzəyən iki planet aşkar ediblər.
“Report” xəbər verir ki, daha öncə aparılan tədqiqatlarda “Kepler-160b” və “Kepler-160c” ekzoplanetlərinin ulduzun ətrafında fırlandığı müəyyənləşdirilmişdi.
“Kepler-160” ulduzu isə Yer kürəsindən 3000 işıq ili məsafədə yerləşir. Ulduzun parlaqlığının dəyişkənliyinin fiziki modelini ətraflı tədqiq edən alimlər “KOI-456.04” adlandırdıqları potensial ekzoplaneti aşkar ediblər.
“KOI-456.04”ün dövretmə periodu 378 gün təşkil edir. Bundan başqa, tədqiqatçılar güman edirlər ki, bu planetdə su mövcuddur.
Alimlərin bildirdiyinə görə, hələlik “KOI-456.04”ün planet olması ehtimalı 85% təşkil edir. Onlar “KOI-456.04” haqqında daha dəqiq məlumatlar əldə etmək üçün 2026-cı ildə işə salınması nəzərdə tutulan “Plato” kosmik teleskopunun missiyasına ümid bəsləyirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi