“Yeni Müsavat” yazdı, Naximov 6a küçəsində yenidənqurma işləri başladı - VİDEOREPORTAJ, FOTOLAR
“Yeni Müsavat”ın reportyor qrupu olaraq bir neçə gün öncə Xətai rayonu, Əhmədli qəsəbəsi,Naximov küçəsi 6 və 6a -nın problemlərini işıqlandırmış, yolların asfaltlanmasına, binaların arasındakı həyətin abadlaşdırılmasına, buradan uşaqlar üçün oyun meydançasının, istirahət parkının yaradılmasına ehtiyac olduğunu bildirmişdik. Sakinlər həmçinin binaların fasadının və dam örtüyünün, o cümlədən ərazinin kanalizasiya xətlərinin də yenilənməsinin zəruri olduğunu bildirmişdilər.
Bu materialın “Yeni Müsavat”da dərc olunmasından sonra rayon icra hakimiyyəti məsələyə operativ reaksiya verib və artıq binaların həyətinin abadlaşdırılmasına başlanılıb. Burada oyun meydançası, oturacaqlar, uşaq əyləncə elementləri qoyulacaq.
https://www.youtube.com/watch?v=rCqjdH2dmDo&feature=youtu.be
Həmçinin binaların həyətindəki köhnə baxımsız bağlar da sakinlərin özünü iştirakı ilə ləğv olunur, onlarıln yerində avtomobillər üçün park yerləri yaradılacaq və yaşılııqlar salınacaq. Həmçinin tezliklə məhəlləarası yolun və binaların fasadlarının təmirinə də başlanacaq.
Sakinlər də görülən işlərdən məmnunluqlarını gizlətmirlər. Son 30 ildə ilk dəfə həyətlərində bu cür böyük yenidənqurma işlərinin aparılmasından dolayı rayon rəhbərliyinə və problemi gündəmdə saxlayan Yeni Müsavat media qrupuna təşəkkürlərini bildirdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vaqif Əsədov avtomobil sahiblərinə və sürücülərə müraciət etdi
Daha bir hərbçimizi itirdik
Bakıda dəhşətli qətl: Maşının baqajından lüt qadın meyiti tapıldı - VİDEO
Məhkəmədən “Elina işi” ilə bağlı qərar - 1 maddəyə xitam verildi
Hava pisləşəcək
“Fərmandakı müddəaların köhnə qvardiya ilə reallaşması çətinlik yaradacaq”








