“Yeni Müsavat” yazdı, İcra Hakimiyyəti İ.İsmayılov A18 ünvanının zirzəmi probleminin həllinə başladı - VİDEOREPORTAJ, FOTOLAR
“Yeni Müsavat”ın reportyor qrupu olaraq, bir neçə gün öncə Xətai rayonu, İnqilab İsmayılov küçəsi, bina A18 ünvanında yaşayan sakinlərin zirzəmi problemini işıqlandırmışdıq. Sakinlər bildirmişdi ki, su borularının çürüməsi nəticəsində uzun müddətdir kanalizasiyanın çirkab suları mütəmadi olaraq binanın zirzəmisinə axır. Zirzəmidən siçan və siçovullar evlərin döşəmələrini dağıdaraq evlərə daxil olur. Üfunət iyi blokları bürüyür və ağcaqanadların çoxluğu, anti-sanitar vəziyyət onların yaşayışlarını çətinləşdirir.

Sözügedən materialın “Yeni Müsavat”da dərc olunmasından sonra rayon icra hakimiyyəti məsələyə operativ reaksiya verib. Səhər saatlarında icra hakimiyyətinin nümayəndələri əraziyə baş çəkib, sakinlərlə görüşərək qeydlər aparıblar. Onlar bildiriblər ki, sakinlərin problemləri icra hakimiyyətinin diqqətindədir.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Günorta saatlarında isə “Azərsu”nun əməkdaşları əraziyə gələrək suyu zirzəmilərdən boşaltmağa başlayıblar.
https://www.youtube.com/watch?v=ct9DesL8Zis&feature=emb_title
Sakinlər də görülən işləri təqdirəlayiq sayır. Onlar “Yeni Musavat”a bildiriblər ki, 20 ildən artıqdır yaşadıqları zirzəmi probleminin həllinə başladılmasından məmnundurlar və rayon rəhbərliyinə, problemi gündəmdə saxlayan Yeni Müsavat Media Qrupuna təşəkkürlərini bildirirlər.










ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ