Yeni "Ceyms Bond" filmində seks qalmaqalı -
Hər kəsin böyük maraqla gözlədiyi “Ceyms Bond” filminin növbəti bölümü çəkilir. Lakin ekran işinin çəkilişləri zamanı xoşagəlməz hadisə yaşanıb.
TMZ xəbər verir ki, Piter Hartli adlı işçi vuayerizmdə (red. – cinsi əlaqədə olanları güdmək) günahlandırılaraq həbs olunub.
Belə ki, işçi “Pinewood” studiyasında lentə alınan sözügedən filmin çəkiliş məkanlarında yerləşən qadın tualetinə gizli kameralar yerləşdirib. Gizli kameraların bir neçəsi isə vanna otağında tapılıb.
Piterin bu əməli ona baha başa gəlib. O, dərhal vəzifəsindən azad edilib.
Hazırda polis “Bond 25” adlı filmin çəkilişində əməyi keçən bütün şəxsləri nəzarət altına alıb.
Bu isə öz növbəsində, çəkiliş prosesini əhəmiyyətli dərəcədə yubadaraq, filmin nəzərdə tutulan vaxtda böyük ekranlara çıxmağına mane ola bilər.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda vəfat edən şiə alimi haqda ilginc faktlar
DYP maşınının üzərində pivəylə foto çəkdirən saxlanıldı - Foto
Sabaha olan hava proqnozu açıqlandı
Yaxın müddətdə pandemiyanın sonunu elan edəcəklər
Tehranın “Bastiliya”sı- “Evin” həbsxanası
Sabah 27° isti olacaq
Azərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasına cavab verib