Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı
Türkiyədə dəhşətli cinayət baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Çubuk kəndində ata 18 yaşlı qızını güllələyərək qətlə yetirib. Hadisə atanın qızını başqası ilə səhv salması səbəbindən baş verib.
Belə ki, 51 yaşlı Harun Yıldız internetdə qızına oxşayan birinin əxlaqsız videosunu görüb. O, videodakının 18 yaşlı qızı Şeyma Yıldız olduğunu zənn edib. Lakin qız atasına həmin videodakının o olmadığını bildirib.
Qız and-aman etsə də, ata ona inanmayıb. Qəzəblənən ata odlu silahı götürərək qızını güllələyib.
Sonradan araşdırma aparılıb və videodakı qızın Şeyma Yıldız olmadığı məlum olub. Şeyma Yıldızın meyitindən 9 güllə aşkarlanıb.
Hadisəni törədən qatil ata tutulub. O, törətdiyi əməli etiraf edib. 51 yaşlı Harun Yıldızın əməlinə məhkəmə qiymət verəcək.
Hadisədən sonra sosial şəbəkələrdə qatil ata pislənib və etirazlara səbəb olub. Bir çox insan Harun Yıldızın edamını tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi