Yay gəlir, bulvarda işbazlar iş başında - Bu məkanlara getsəniz sizi aldadacaqlar - FOTOLAR
Son illər bulvar ərazisində yerləşən kafelərdə süni qiymət artımı müşahidə olunur. Sadə vətəndaşları soymaqdan çəkinməyən işbazlar, xüsusilə əcnəbiləri yağlı tikə kimi görürlər.
Burada müştəriləri bir neçə maraqlı sürpriz gözləyir.
Belə iaşə obyektləri sadə çay istədiyi halda müştəriyə ancaq yeddi-səkkiz manatdan başlayan qiymətlərlə müxtəlif çay dəstgahları təklif edirlər.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Məsələ ilə daha yaxından tanış olmaq üçün minval.info-nun əməkdaşı Dənizkənara Milli Parka yollanıb. Əvvəlcə üzü Dəniz vağzalı istiqamətində “Park” və “Giləvar” kafelərinə daxil oldum. Fotoaparatı çiynimdə görüb sadə çayı üç manata təqdim edən ofisiantlar məni bir az düşündürdü. Daha sonra fotoaparatı qamarlayıb bel çantamda gizlədim. Sıra ilə “Armudu” və “Abşeron” kafelərində əyləşib ofisiantı çağırdım. Sözü ağzımda kəsib daşı atdılar bostanıma: “Sadə çay yerinə mürəbbə ilə gözəl çay dəstgahımız var, yeddi manatdan başlayır”.
Çantanı belimə, qarmağı növbəti kafeyə atıb yola düşdüm. Üfüqdə Günəş, uzaqda “Səhər” kafesi gözümə dəyib məni sevindirdi. Amma on beş manat qulağımda cingildəyib məni bir az da qəhərə boğdu.
Sol ayağım irəli düşüb məni növbəti üvana apardı. Qapıda xarici dildə “Forest” cafe yazısını oxuyub, düzü, bir az çəkindim. Amma ofisiantın səmimi münasibəti məni rahatlatdı, qiymət isə, necə deyərlər, ürəyimə su səpdi: 3 manat 30 qəpik.
Dəbdəbəli görünüşü ilə seçilən “Şam bulvarı” kafesində isə çayın stəkanı müştərilərə bir manata təklif olunur.
Siyahıya daha bir neçə kafenin adını yazmaq olar. “Delfin” kafesində çayı mürəbbə ilə səkkiz manata, dəstgahını isə on doqquz manata sifariş etmək olar.
Hamının tanıdığı, şəhanə görünüşü ilə Bakı Bulvarını bəzəyən “Mirvari” kafesi isə 7-8 manatdan başlayan qiymətlərlə müştərilərinə xidmət göstərir.
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Məsələ ilə bağlı mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.
Fərid Özay
Minval.İnfo
ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ











