Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır.
Minval.info xəbər verir ki, bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.
Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər.
“Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər”, – AYNA-dan bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü
Xankəndi və Füzulidə incəsənətə yeni nəfəs
Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
Azərbaycanda sabit internet tarifləri artırılacaq
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi