Yanukoviç Ukraynaya qayıtmağa hazırlaşır
Dövlətə xəyanətdə ittiham olunduğundan 2014-cü ildə Ukraynadan qaçan keçmiş Prezident Viktor Yanukoviç ölkəsinə qayıtmağa hazırlaşır.
“Qafqazinfo”nun “5 kanal”a istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Vitali Serdyuk Kiyevin Appelyasiya Məhkəməsində keçmiş dövlət başçısı barədə çıxarılan hökmdən verilən etiraz iclasından sonra bildirib.
Onun sözlərinə görə, indi əsas məqsəd Yanukoviç Ukrayna qayıtdığı zaman həbs olunmamağıdır.
Serdyuk qeyd edib ki, V. Yanukoviç hazırda müvəqqəti olaraq Rusiyadadır.
Xatırladaq ki, V. Yanukoviç 2014-cü ilin fevralın 22-də Maydan hadisələrindən sonra Rusiyaya qaçıb. Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək