Xoşqədəm Hidayətqızı: "Kişi olsaydım gündə birini boşayardım" - VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızı müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəm olub.
“Minval.info” xəbər verir ki, atasına və anasına çox dəyər verən Hidayətqızı “Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Atama bir söz desə, onu küçəyə atardım” sözlərini söyləyib:
“Əgər bir oğul həyat yoldaşına onu doqquz ay bətnində gəzdirən qadını döyməsinə ixtiyar veribsə, mən o oğlanın yerinə olsam, boşayaram. Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Anama, atama bir söz desə, onu atacaqdım küçəyə aliment də verməyəcəkdim. Nə ondan olan uşağı qəbul edəcəkdim, nə də onun özünü. Bir manat belə verməzdim, acından ölsün”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Aparıcının “Səni axtarıram” verilişindəki bu açıqlaması böyük təəccübə səbəb olub.
Sözügedən görüntülər izləyici kütləsi böyük olan onlayn platformalarda paylaşılaraq müzakirələr yaradıb.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO