07.08.2019 - 22:44
Video
9 baxış
Xavidən gözlənilməz hərəkət - Ayaqqabısını azarkeşlərə atdı - VİDEO
“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi maraqlı jesti ilə diqqət mərkəzinə düşüb.O, Asiya Çempionlar Liqasının pley-off mərhələsində “Əl Duhail” ilə keçirilən matçda əsəblərinə hakim ola bilməyib və ayaqqabısını tribunaya tərəf atıb.
1:1 hesabı ilə bitən oyunda hakimin rəqib qapısına penalti təyin etməməsindən narazı qalan Xavi etirazını bu cür bildirib.
Qeyd edək ki, oyunçu karyerası ərzində qırmızı vərəqə almayan Xavi 1998-2015-ci illərdə “Barselona”da çıxış edib. O, 2019-cu ilin mayında “Əl Sədd” klubunda futbolçu karyerasını başa vurduqdan sonra bu kluba baş məşqçi təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
19.11.2025 - 12:16
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
14.11.2025 - 14:36
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
04.06.2024 - 11:56
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO
17.07.2023 - 12:27