01.10.2026 - 08:49
Abşeronda su xətti mübahisəsi bıçaqlanma ilə nəticələndi
Kriminal 3 baxış

Abşeronda su xətti mübahisəsi bıçaqlanma ilə nəticələndi

Abşeron rayonunda qonşular arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə Digah qəsəbəsində, Bakıxanov küçəsində qeydə alınıb.

Minval.info xəbər verir ki, qəsəbə sakini Heydər Qarayev qonşusu Raminin onun həyətinə icazəsiz daxil olduğunu iddia edərək xəsarət yetirib. Hadisə su xəttinin partlaması ilə əlaqədar yaranan vəziyyət zamanı baş verib.

Heydər və Ramin, digər qonşularla birlikdə su xəttinin bərpası üçün əraziyə toplaşıblar. Ramin, tikinti materialı gətirmək üçün evinə gedərkən qonşuların məsləhəti ilə həyətlərdəki su kranlarını açıq saxlayıb. Lakin Ramin Heydərin həyətindəki kranı da açdığı üçün Heydərin narazılığına səbəb olub.

Su xətti təmir edildikdən sonra Heydər, Raminin ona xəbər vermədən həyətinə daxil olduğunu əsas gətirərək onu danışmaq üçün çağırıb. Görüş zamanı Heydər əvvəlcə Raminin üz nahiyəsinə yumruqla zərbə vurub, daha sonra bıçaqla üz nahiyəsinə beş dəfə zərbə endirib.

Hadisəni törətməkdə şübhəli bilinən Heydər Qarayev polis tərəfindən saxlanılıb və ona qarşı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə H.Qarayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: