Xamneyi Trampın mesajına cavab verməkdən imtina etdi
İranın Ali lideri ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın, Yaponiyanın Baş naziri Sindzo Abe tərəfindən ona çatdırılan mesajına cavab verməyib.
Görüşün əvvəlində S.Abe Ə.Xameneiyə ABŞ Prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Bunun cavabında isə İranın Ali lideri “Məndə cavab yoxdur və ABŞ Prezidentinin səsləndirdiyiniz mesajına da olmayacaq. Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm” deyib.
S.Abenin ABŞ Prezidenti adından İran liderinə hansı mesajı verdiyi haqda bilgi yoxdur.
“Report” xatırladır ki, Abe iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya Baş nazirinin İrana ilk səfəridir. Bundan əvvəl bəzi xarici KİV-lər Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etmək istədiyini yazmışdılar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək