Xaçaturyan Zəngəzura gəlir - Yerli sakinlər təşvişdə
Ermənistan mətbuatı yazır ki, prezident Vaaqn Xaçaturyan nəhayət təbrik və başsağlığı mesajlarından başqa, ölkənin daxili məsələləri ilə də maraqlanmaq qərarına gəlib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xaçaturyan sabah Zəngəzur bölgəsinə üç günlük səfər edəcək.
Məlumata görə, prezident bölgədəki bütün əsas icmalara baş çəkəcək, regional hökumət və icma rəhbərləri ilə görüşəcək.
Belə ki, o, bölgənin problemləri ilə tanış olmaq istəyir.
“Hraparak” nəşri yazır ki, son zamanlar ölkə siyasi rəhbərliyinin Zəngəzura “marağı” yerli əhali arasında müəyyən gərginlik yaradıb.
Bəziləri isə istisna etmir ki, bəlkə də geosiyasi mərkəzlərin diqqətinə düşən Zəngəzur dəhlizi ilə bağlı mühüm hadisələr gözlənilir və diqqətin əsas səbəbi də budur.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ötən şənbə günü Zəngəzurda olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
ABŞ vətəndaşı Stiven Habbard Rusiyada azad edildi
Putin ABŞ xüsusi elçisi Vitkofu Sankt-Peterburqda qəbul etdi
Ahmet Çakarın Azərbaycana girişi qadağan edildi