Vlahoviç i̇stanbula pomidorla gəldi: Azarkeşlərdən möhtəşəm qarşılanma!
Serbiyalı hücumçu Duşan Vlahoviç “Beşiktaş” klubuna transfer olunaraq İstanbula gəlib. Onun gəlişi şəhərdə böyük coşqu ilə qarşılanıb.
Minval.info xəbər verir ki, 26 yaşlı futbolçu klubun rəhbəri Serdal Adalı ilə birlikdə hava limanına çatıb və burada təxminən 3 min azarkeş tərəfindən qarşılanıb. Vlahoviç azarkeşlərlə birlikdə “üçlü” çəkərək türkcə “Çempion olmaq istəyirik” ifadəsini işlədib.
Futbolçunun gəlişi ilə bağlı maraqlı bir detal da diqqət çəkib. İddialara görə, Vlahoviç İstanbula 2 yeşik pomidorla gəlib. Bu pomidor yeşiklərinin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq minlərlə reaksiya toplayıb.
Vlahoviç “Beşiktaş”a transferindən məmnun olduğunu bildirib və “Çox xoşbəxtəm, möhtəşəm hissdir. Oynamaq üçün səbirsizlənirəm” deyə qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
"Sabah" - "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
“Qarabağ” “İmişli”yə, “Şəfa” “Turan Tovuz”a qarşı
Yaponiyaya uduzan millimiz dünya çempionatında mübarizəni dayandırdı
Messi