“Dövlət özəl təhsil müəssisələrindən çox dövlət təhsil müəssisələrinin inkişafında maraqlı olmalıdır. Bu, dövlətin vəzifəsidir”.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan müəllimlərinin XV qurultayında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

 

O, deyib ki, dövlətin təhsil müəssisələrini maliyyələşdirmək üçün kifayət qədər maliyyə imkanları var: “Biz də bu istiqamətdə görülən tədbirlərə qanunvericilik sahəsində dəstək olmağa hazırıq”.