Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı
“Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb”.
Bu barədə Oxu.Az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
“Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – məlumatda qeyd olunub.
Gəncə Şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gülbəniz Bayramova bir il əvvəl bu vəzifəyə təyin olunmuşdu.
Qeyd edək ki, fəaliyyəti dönəmində etdiyi ciddi nöqsanlara görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona şiddətli töhmət verilib. Direktora töhmətdən sonra sonuncu dəfə xəbərdarlıq edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda