Vergidən azad edilən malların siyahısı artırılır
Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.
Trend-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.
Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.
Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikası, avadanlıqlar və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrfüatı texnikalarının saz vəziyyətdə saxlanmasına, texnika və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-yə çatıb, 108 068 nəfər yaralanıb
ABŞ Türkiyə ilə bağlı gözlənilən qərarı verdi
“Zakir Qaralov deyirdi ki, həbs et, edirdim...”
Kremldən Putin-Paşinyan görüşü barədə AÇIQLAMA
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar