Venesuelada ABŞ-ın tanıdığı prezidentə cinayət işi açılıb
Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyanın rəhbəri Xulio Qarsia Serpa ölkə televiziyasının efirində müxalifət lideri Xuan Quaydo barəsində cinayət işinin başlandığını bildirib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Onun barəsində Ali Məhkəmə və baş prokurorun məşğul olacağı cinayət işi başlanır”, – deyə o bildirib.
Xulio Qarsia Serpa vurğulayıb ki, “məhkəmə müvafiq sübutlar əsasında qərar qəbul edəcək”. O, əlavə edib ki, Quaydonun “özünü müdafiə hüququ olacaq”.
“O, etdiyi hər şeyə görə ödəməli olacaq. O, vətənə xəyanətinə görə ödəməli olacaq”, – deyə Serpa bildirib.
Daha əvvəl Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun 45 gün müddətinə həbsi barədə qərar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır