Venesuela parlamentində Xuan Quaydonun güllələnməsi təklif edilib
Venesuela müxalifətinin rəhbəri, Milli assambleyanın deputatı Xuan Quaydo öz əməllərinə görə ən ağır cəzaya layiqdir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri ölkənin Konstitusiya assambleyasının üzvü Mariya Leon bildirib.
“Vətən xainləri ilə necə rəftar edirlər?” – deyə Leon iclas iştirakçılarına müraciət edib və onun bu sualına zaldan “Divara dayamalı!” – deyə səslər ucalıb. O, həmçinin əlavə edib ki, “Quaydonun parlament mandatının ləğv edilməsi azdır”.
Qeyd edək ki, heç bir müxalifətçi üzvü olmayan Qurucu məclis X.Quaydonun deputatlıq toxunulmazlığının ləğvi barədə Ali məhkəmənin rəyini aldıqdan sonra ötən gün onun haqqında cinayət araşdırmasının davam etdirilməsinə razılıq verib.
Buna cavab olaraq isə X.Quaydo öz tərəfdaşlarına müraciət edərək, mübarizəsini davam etdirəcəyini bildirib. O, həmçinin deyib ki, həbs ehtimallarına qarşı tərəfdaşlarının ehtiyat planı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır