Vasif Talıbovun ortağının şirkəti cərimələnə bilər
Dövlət Gömrük Komitəsində “Araz Supermarket” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2 (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur. Bu maddədə ilə vəzifəli şəxslərin min manat, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 13 yanvar 2023-cü il tarixdə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxış iclası keçiriləcək.
“Araz Supermarket” MMC 6 yanvar 2011-ci ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi İbrahimov Rəşad Arif oğludur. Lakin mediada gedən məlumatlara görə, MMC “Veysəloğlu” şirkətinin sahibi Aydın Talıbova məxsusdur. Aydın Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla biznes ortağı olduğu deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR