ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına tamamilə son qoyacaq “sehirli silah”ın heç zaman olmayacağını və “normallaşmağa” gedən yolun uzun olacağını deyib.
“HaberGlobal” məlumat verir ki, Qebreyesus və ÜST-ün Təcili Yardım bölməsinin rəhbəri Mayk Rayan birgə mətbuat konfransında bütün ölkələri “maska taxmağa, sosial məsafəni qorumağa, əl yumağa və test sayını artırmağa” çağırıblar.
ÜST rəhbəri insanlara və hökumətlərə səslənərək, yoluxmanın qarşısını almaq üçün lazım olan hər şeyi etmələrini istəyib.
Bəzi peyvəndlərin klinik sınağın üçüncü mərhələsində olduğunu vurğulayan Qebreyesus qeyd edib ki, hamımızı infeksiyadan qoruya biləcək vaksinlər hazırlanır, ancaq bu, qəti həll yolu olmaya bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əfqanıstandan çıxarılan ABŞ diplomatları Qətərdə işləyəcəklər
190 manat verilməyən 20 minə yaxın şəxsə iş təklif edilib - Qəbul etməyiblər
Ukrayna MDB-nin əlaqələndirmə qurumlarını tərk edib
Türkiyədə süni nəfəs aparatının kütləvi istehsalına başlanılacaq
Kılıçdaroğlu: Bizə bir iki yox, ən azı beş sandıq məmuru lazımdır
Rusiya ordusu irəliləyir: Ukraynada daha üç yaşayış məntəqəsi ələ keçirildi
Azərbaycanda otel sahibi həbs olundu - SON DƏQİQƏ