12.03.2019 - 18:38
Müsahibə 24 baxış

"Uşağımı efirə aparmadım, ATV mənə qadağa qoydu" - Əməkdar artist (VİDEO)

Minval.info// Əməkdar artist Lalə Məmmədova televiziyalarda sənətçilərə yaradılan süni maneələrdən danışıb.

Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət televiziyaları ilə heç bir problemi olmadığıını deyən ifaçı özəl kanallardan şikayətlənib:

“Özəl televiziyalarda qadağalarla üzləşmişəm. Məsələn, ATV kanalının keçmiş rəhbərliyi tərəfindən gülməli bir səbəbə görə mənə qadağa qoyulmuşdu. Deməli, səbəb kimi efirə dəvət olunduğumu, amma övladımı gətirmədiyimi göstərmişdilər.

Heç dəxli var? Körpə övladımı niyə efirə çıxarım? Bu məsələni iclasda qaldıran şəxs isə öz övladını bir neçə il mediadan uzaq tutdu”.

https://www.youtube.com/watch?v=vFgfiylEFf4

Açar sözlər: #Lalə Məmmədova
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: