Ukraynalı dənizçiləri hava limanında Zelenski özü qarşıladı
İçərisində rusiyalı məhkumların olduğu Tu-204 təyyarəsi Vnukovo hava limanına enib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda ukraynalı dənizçilərin təyyarəsi Kiyevin Borispol aeroportuna çatıb. Ukrayna vətəndaşlarını preizdent Vladimir Zelenski şəxsən qarşılayıb. Onunla yanaşı, hava limanına Baş prokuror Ruslan Ryaboşapka, Daxili İşlər Naziri Arsen Avakov, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanov da gedib.
Xatırladaq ki, Rusiya və Ukrayna həbsdə olan və saxlanılan vətəndaşların qarşılıqlı dəyişdirilməsinə başlayıb. Rusiya prezidenti Vladimir Putin gələcəkdə bu dəyişdirilmənin daha genişmiqyaslı olacağını və bunun Moskva-Kiyev münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addım olduğunu deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək