Ukraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edildi - FOTO
Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib.
Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.
O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.
Mərhumun nəşi günorta saatlarında ölkəmizə gətirilib. Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib. Elnur Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Mərhum Goranboy rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.
apa








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
5 villası və çoxsaylı mülkləri olan icra başçısı - VİDEO, FOTOLAR
Prezidentin təyin etdiyi yeni rəis kimdir? - DOSYE
Xəzər sahilini çirkləndirən istirahət mərkəzləri cərimələndi
Yavaş-yavaş aradan çıxan partiyalar
“Oğlum 15 gündən sonra komadan ayıldı, bir neçə aya ata olacaq”
Deputatların qıcıqlandırıcı açıqlamalarının səbəbi – Savadsızlıq, yoxsa...
