Ukrayna Rusiyanın tankerini əsir aldı
Ukrayna məhkəməsi Rusiyanın “Neyma” tankerinə həbs qoyub.
Minval.info“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi prokuroru Anatoli Matios bildirib. Onun sözlərinə görə, gəmiyə axtarış zamanı götürülmüş sənədlərlə birgə həbs qoyulub.
“Biz bunu etdik. Nöqtə!”, – deyə Matios bildirib.
Rusiyanın Odessadakı Baş Konsulluğu Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. Konsulluq “Nika Spirit” tankerinə həbs qoyulması ilə bağlı vəziyyəti izah etməyi tələb edib. Səfirliyin sorğusuna Ukrayna tərəfindən heç bir cavab verilməyib.
Xatırladaq ki, iyulun 25-də Ukrayna Təhlükəsizlik Xidməri Kerç boğazında sonradan adı “Nika Spirit”ə dəyişdirilən “Neyma” tankerini ələ keçirib. Tanker Ukrayna gəmilərinə maneə törətməsi iddiası ilə saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək