Ukrayna Pentaqondan ilk dəfə silah istədi
Rəsmi Kiyev ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
Virtualaz.org bildirir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Uliyam Teylor Tvitter mikrobloqunda məlumat paylaşıb.
“Böyük məmnuniyyətlə bildirim ki, Ukrayna ilk dəfə ABŞ Müdafiə Nazirliyinə xaricə silah satışı proqramı çərçivəsində silah alması ilə əlaqədar müraciət ünvanlayıb. Biz bu məsələnin həlli yönündə işləməyə başladıq. ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müdafiə sektorunun islahatlarını dəstəkləyir”, – deyə Teylor qeyd edib.
Xatırladaq ki, dünən UNİAN Ukrayna Xarici kəşfiyyat Xidmətinin sabiq rəhbəri Nikolay Malomuja istinadən xəbər yaymışdı ki, Ukrayna ABŞ-dan güclü və müasir silah ala bilməyəcək. Onun sözlərinə görə, ABŞ müasir silahların Rusiyanın əlinə keçəcəyindən ehtiyat edir.
Nikolay Malomuj hesab edir ki, Kiyev yerli istehsal olan silahlara üstünlük verməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
