Ukrayna ordusu Andreyevka qəsəbəsini azad edib
Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad ediblər.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığı məlumat yayıb.
“Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət, Rusiya işğalçı qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə gün əvvəl Lozovoyedə olduğu kimi öz mövqelərini etibarlı şəkildə gücləndiriblər”, – komandanlığın feysbukdakı səhifəsində yerləşdirilən xəbərində deyilir.
Qeyd olunur ki, Rusiya ordusu gün ərzində Bruskinskoye – Beloqorka istiqamətində əks-hücuma keçərək, itirilmiş mövqeləri bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.
Rusiya hərbi hava qüvvələrinin təyyarələri qarşı tərəfin mövqelərinə 4 zərbə endirib, lakin Ukrayna hərbçiləri arasında itki yoxdur.
Əməliyyat zamanı Rusiya ordusunun 89 hərbçisi öldürülüb, anbarı və xeyli sayda texnikası sıradan çıxarılıb.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur