25.09.2026 - 09:33
Ukrayna dronları Rusiyanın Ural dağlarına qədər irəlilədi
Dünya 6 baxış

Ukrayna dronları Rusiyanın Ural dağlarına qədər irəlilədi

Sentyabrın 25-də gecə saatlarında Rusiyanın bir neçə vilayəti Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı hücumlarına məruz qalıb. Xüsusilə, Ulyanovsk vilayəti pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

Minval.info xəbər verir ki, Ulyanovsk qubernatoru Aleksey Russkix sənaye və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydiyini bildirib. O, təcili yardım xidmətlərinin zərərin aradan qaldırılması üçün səylə çalışdığını və xəsarət alanlara tibbi yardım göstərildiyini qeyd edib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev, bölgənin də hava hücumlarına məruz qaldığını və müdafiə sistemlərinin şəhər ətrafında hücumları dəf etdiyini açıqlayıb. O, yerli əhalini təhlükəsizlik məqsədilə evlərində qalmağa çağırıb.

Permdə isə hava hücumundan müdafiə qüvvələri və yanğınsöndürmə qrupları sənaye obyektlərinə yönəlmiş hücumları dəf etməkdədir. Rusiya Müdafiə Nazirliyi isə Moskva istiqamətində hərəkət edən 17 dronun vurulduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: