Ukrayna dron hücumu Bryanskda dəmir yolunu dağıtdı
Rusiyanın Bryansk bölgəsində baş verən dron hücumu nəticəsində ciddi ziyan dəyib. Hücumun nəticəsində körpünün bir hissəsi uçub və 10 qatar vaqonu relsdən çıxıb.
Minval.info xəbər verir ki, bu barədə bölgənin qubernator vəzifəsini icra edən Yeqor Kovalçuk məlumat verib. Onun “Max” platformasında verdiyi açıqlamaya görə, Dyatkovo-Lyudinovo dəmir yolu hissəsində baş verən hücum nəticəsində xəsarət alan olmayıb.
Kovalçuk əlavə edib ki, hücum nəticəsində Uneça rayonunda 18 boş vaqon da relsdən çıxıb. “Rosqvardiya”nın hadisə yerində yoxlamalar aparacağı və bərpa işlərinə başlanacağı bildirilib.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Bundan əlavə, Navlinski rayonunda dəmir yolu relslərinə ziyan vuran başqa bir hücumun baş verdiyi, lakin qatarların hərəkətində problem olmadığı və xəsarət alanın olmadığı qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?