UEFA mövsümün bombardirlərini açıqladı
UEFA 2018-2019 mövsümünün indiyəqədərki bombardirlərinin siyahısını açıqlayıb.
Goal.az-ın məlumatına görə, qurum futbolçuların bütün turnirlərdə vurduğu qolları hesablayıb.
Bura ölkə çempionatı, avrokubok, Millətlər Liqası və AVRO-2020-nin seçmə mərhələ oyunları daxildi. Siyahıya Barcelona-nın kapitanı Lionel Messi liderlik edir. Argentinalı superulduz cari mövsüm hələlik aktivinə 41 qol yazdırıb. Bununla Leo həm də ardıcıl 10 mövsümdü 40 qol həddini keçir. “Barsa”nın lideri bu toplardan 31-ni La Liqada, 8-ni isə Çempionlar Liqasında vurub.
İlk “üçlüy”ü “Nomme Kalyu”nun hücumçusu Liliu ilə PSG-nin qol “silahı” Kilian Mbappe bölüşür. Cütlük Messidən 9 top geri qalır. Estoniyada mövsüm başa çatdığından, Mbappenin tezliklə Liliunu geridə qoyması qaçılmazdı.
Maraqlıdı ki, ötən mövsüm beynəlxalq arenada hamıdan çox qol vuran (15) Juventus-un hücumçusu Kriştianu Ronaldo hələ ki, ümumi siyahıya düşə bilməyib.
2018-19 mövsümünün bombardirləri
1. Lionel Messi (Barcelona) – 41 qol
2-3. Liliu (Nomme Kalyu)* – 32 qol
2-3. Kilian Mbappe (PSG) – 32 qol
4-5. Patrik Hoban (Dundalk)* – 31 qol
4-5. Robert Levandovski (Bayern Munich) – 31 qol
6-9. Duşan Tadiç (Ajax) – 30 qol
6-9. Liviu Antal (Zalgiris)* – 30 qol
6-9. Zakaria Beqlarişvili (Flora)* – 30 qol
6-9. Roman Debelko (Levadiya)* – 30 qol
10-12. Alli Mbvana Samatta (Genk) – 29 qol
10-12. Serxio Aquero (Manchester City) – 29 qol
10-12. Alfredo Morelos (Rangers) – 29 qol
13-14. Vissam Ben Yedder (Sevilla) – 28 qol
13-14. Budu Zivzivadze (Dinamo Tbilisi)* – 28 qol
Qeyd: *işarəsi ilə göstərilən futbolçuların çıxış etdiyi çempionatda mövsüm başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real" transferə 430 milyon ayırdı: hansı ulduzlar gəlir?
Ronaldonun çəkisi görənləri şoka saldı - FOTOLAR
Amerikalı atletdən “supermen sıçrayışı” - VİDEO
Çindən Avropaya köç...
Ərəblər "Roma"nı almaq istəyir - 400 milyona
Əfsanəvi futbolçu İlham Əliyevlə "selfie" çəkdirdi - FOTOLAR
“Totenhem” Beyli “Real”dan qaytarmaq istəyir