21.10.2019 - 14:18
İdman
24 baxış
UEFA-dan Əliyar Ağayevə vacib təyinat
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
“Minval.info” UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Ludoqorets” – “Espanyol” qarşılaşmasını idarə edəcək. Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Bu görüş qrup liderliyi baxımından əhəmiyyətlidir. Hazırda birinci olan “Ludoqorets”in 6, 2-ci sıradakı “Espanyol”un isə 4 xalı var.
Qeyd edək ki, oyun oktyabrın 24-də “Ludoqorets Arena”da keçiriləcək
Açar sözlər:
#Əliyar Ağayev
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
20.10.2026 - 10:24
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04