Türkmənistan hakimiyyətindən gənclərlə bağlı daha bir qəribə qadağa
Belarusda xeyli türkmən ali təhsil alır. Prezident Qurbanqulu Berdıməhəmmədov tərəfindən avtoritar rejim qaydaları ilə idarə olunan Türkmənistanda hətta xaricdəki tələbələri də nəzarətdə saxlamağa çalışırlar.
Bizimyol.info xəbər verir ki, Belarusda oxuyan türkmən tələbələrə cins geyinmək və saqqal saxlamaq qadağan olunub. Tələbələrdən birinin dediyinə görə, burada təhsil alanları Türkmənistan səfirliyinə çağıraraq, xəbərdarlıq ediblər: “Bizdən klublarda, restoranlarda az vaxt keçirməyi tələb etməyə başlayıblar. Qızlara cins şalvar, qısa paltar geyinməyi qadağan etdiklərini söylədilər. Dedilər ki, oğlanlar saqqal ilə terroristə oxşayırlar. Xüsusi xidmət orqanlarının əməkdaşları hətta Belarusdakı məscidləri də nəzarətdə saxlayırlar. Bilmək istəyirlər ki, kimlər ora gedir”.
Tələbələrə görüş vaxtı problemlərindən danışmağa imkan verməyiblər. Məsələn, qızlardan biri deyib ki, plastik kartlarındakı pulu nağdlaşdıra bilmirlər. Səfir qızın sözünü kəsib, davranış haqda daha çox düşünməli olduqlarını deyib.
Tələbələrə yalnız Türkmənistanın “Vneşekonombank” kartlarından istifadəyə icazə verirlər. Həmin kartlardan hər ay maksimum 60 dollar çıxarmaq olur. İndi bu məsələdə də problem yaranıb. Valideynlərin göndərdiyi 20 dollara isə Belarusda dolanmaq çox çətindir. Daha artığına Türkmənistan hökuməti icazə vermir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
