14.06.2019 - 19:49
Dünya
21 baxış
Türkmənbaşı velosiped sürə-sürə atəş açdı – Video
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə sərrast atıcılıq bacarıqlarını nümayiş etdirib. O, velosiped sürə-sürə tapança ilə hədəflərə atəş açıb.
Bu barədə “Neytralnıy Türkmənistan” adlı rusdilli hökumət qəzeti məlumat yayıb.
Türkmən lider öz məharətini təlim-tədris mərkəzində keçirilən hərbi manevrlər zamanı ortaya qoyub. Nəşrin yazdığına görə, Q.Berdiməhəmmədov ordunun hərbi hazırlıq səviyyəsini qəfil yoxlamaq üçün müvafiq bölmələrin operativ şəkildə döyüşə hazır vəziyyətinə gətirilməsini əmr edib və həyəcan siqnalı səslənib.
Türkmənbaşı hərbi təlimləri seyr etdikdən sonra velosipedə oturub və əlinə tapança alaraq yolun yaxınlığında qurulmuş üç hədəfə atəş açıb. Qəzet hər üç güllənin hədəfə tuş gəldiyini deyib. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
20.10.2026 - 17:54
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
20.10.2026 - 17:44
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
20.10.2026 - 17:34
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
20.10.2026 - 16:44
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14
