Türkiyə yeni xəritəsini yayımladı - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Liviya Milli hökumətinin Prezidenti Fayez əl-Sarac arasında “Dəniz səlahiyyət sahələrinin məhdud edilməsinə dair anlaşma memorandumu”nun imzalanmasından bir neçə gün sonra yeni sərhədlərin xəritəsi yayımlanıb.
Bu barədə “Haber7” məlumat yayıb.
Bildirilir ki, Xarici İşlər Nazirliyinin İkili Siyasi məsələlər və Dənizçilik Aviasiya Sərhəd baş direktorun köməkçisi səfir Çağatay Erciyes Türkiyənin Şərqi Aralıq dənizində qitə şelfini və iqtisadi zonasını göstərən xəritəni sosial mediada paylaşıb.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində Dolmabaxça ofisində baş tutan görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma Memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.
Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə, iki ölkə dəniz sahəsində bir-birilərinin iqtisadi zonalarını tanıyacaqlar.
Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyadan S-400 açıqlaması: ABŞ-ın təzyiqləri...
Hacı İbrahimin “Xəzər adaları” borca görə əlindən alındı - Özü təsdiqlədi
Koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq - Öldürücü olacaq
"Ümumavropa ordusu" NATO-nu əvəzləyə bilməz - Stoltenberq
Filipp Kirkorov və uşaqlarının olduğu təyyarədə həyəcan yaşandı
Engin Özer: Qarabağda PKK-nın olması Bakının şansını artırır