Türkiyə XİN: "Makronun qərarı Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək"
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib.
ONA xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
“Fransanın Türkiyəyə dair dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Bəyanatda həmçinin bildirilir ki, Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur.
Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron 24 aprel tarixini qondarma “erməni soyqırımı qurbanlarının xatirə günü” elan edilməsi ilə bağlı qərar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ