Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, hər iki ölkə prezidenti öz aralarında ABŞ, Türkiyə, eləcə də regional məsələlər barəsində fikir mübadiləsi aparıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli təhlükəsiziyi üçün Rusiyadan alınan “S-400” havadan müdafiə sistemi mövzusu ilə bağlı ortaq işçi qrupunun yaradılması təklifini yenidən irəli sürüb.
Söhbətdə polad sektoruna tətbiq olunan əlavə verginin aradan qaldırılmasına dair razılıq ifadə olunub, bu qərarın 75 milyard dollarlıq qarşılıqlı ticarət əlaqəsinə fayda verəcəyi bildirilib.
Qeyd edək ki, iki lider Yaponiyada keçirilən “G-20” zirvə toplantısında görüşəcəkləri barədə razılıq əldə etmişlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən varlıları necə istirahət edir? (FOTO)
Rusiya Ukrayna sərhədində qoşunlar özlərini şübhəli aparır - YENİ GÖRÜNTÜLƏR
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb
Çində kömür mədənində dağıntılar altında qalmış 21 şaxtaçı ölüb
Ayətullah Xamenei: ABŞ-ın SEPAH əleyhinə atdığı addım çirkli addımdır
Əfqanıstanda terror qruplaşmasının lideri öldü
Reuters: "Yaxın günlərdə Rusiya mülki infrastrukturu hədəf alacaq"