11.08.2019 - 19:30
Dünya
1 baxış
Dünyanın ən varlıları necə istirahət edir? (FOTO)
Dünyanın zəngin insanlarının şəxsi həyatı hər zaman maraq kəsb edib. Bəs onlar yay istirahətlərini necə keçirirlər. Qaynarinfo onlardan ikisi ilə bağlı məlumatları təqdim edir:
“Amazon” kimi onlayn alış-veriş saytına sahib olan amerikalı Ceff Bezos 111.7 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamıdır. 55 yaşındakı Bezos, keçmiş həyat yoldaşına ödənilən 38 milyard dollar təzminatına baxmayaraq, gündən-günə sərvətini artırmağa davam edir.

Belə ki, bu yay Bezos, günü 400 min avroya kirayə götürdüyü yaxtasında Aralıq dənizini gəzir, sevgilisi Lauren Sançeslə Fransanın məşhur Tropez sahillərində istirahət edir. Milyarderin çimərlik geyimlərinin qiyməti dodaq uçuqladır. Bezosun Prada sandaletlərinin qiyməti 531 dollar, dəniz şortunun qiyməti 209 dollar, eynəyi 365 dollardır.

Sahibi olduğu “Kylie” kosmetika markası ilə dünyanın ən gənc milyarderi olan Kayli Jenner 22 yaşını 250 milyon dollarlıq yaxtada keçirib.

Qeyd edək ki, Jenner çimərlik klubu, kinoteatr, helipad və birdən çox hovuz olan “Tranquility” yaxtasını həftədə 1.2 milyon dollara kirayə verəcəyini söyləyib. Jennerin ailəsi və dostları ad günündə İtaliyanın Kampaniya əyalətindəki Amalfi sahilində yerləşən Pozitanoya gətirilən yaxtada olublar. 29 nəfərdən ibarət yaxtada bir suite, üç VIP otaq, bir SPA, bir gözəllik salonu və idman salonu var.

Sevgilisi Travis Skott və 18 aylıq qızı Stormi ilə tətildə olan Jenner “Versace” geyimində olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü
18.10.2018 - 11:53
Qızını Adnan Oktardan xilas edə bilməyən general atanın fəryadı
17.08.2019 - 18:43
Ramzan Kadırov vəsiyyət etdi
23.08.2019 - 22:30
Rusiya Ukraynadan 75 milyard dollar tələb edir
28.01.2018 - 11:26
Türkiyədə futbolçular peyvənd olunur
07.04.2021 - 13:13
Norveçdə vertolyot qəzaya uğrayıb
24.03.2019 - 10:46
İranda son sutkada koronavirusdan 219 nəfər vəfat edib
22.07.2020 - 14:39